Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faiq Balabəyli - Taleyi dənizlə qoşa yazılan şair

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair-dənizçi Faiq Balabəyli 62 yaşını qeyd edir...

Ömrünün ən müdrük çağında olsa da, onun qəlbi hələ də gəncliyinin ikinci baharını yaşayır. Zaman ona yalnız təcrübə və kamillik qazandırıb, ruhundakı işığı isə daha da parlaq edib.

Faiq Balabəylinin taleyi dənizlə qoşa yazılıb. Dənizin sərt küləkləri, dalğaların coşqusu, üfüqdə doğan günəş onun həyatının və yaradıcılığının ayrılmaz parçasıdır. O, dənizi təkcə peşə olaraq seçməyib – onu yaşayıb, duyub, ruhuna hopdurub. Buna görə də onun misralarında dəniz sadəcə təbiət obrazı deyil, həyatın özüdür.

Şairin qəlbində çağlayan həyat eşqi dənizin dalğaları kimi coşub-çağlayır. O dalğalardan sıçrayan damcılar isə misralarında sevgi, ümid və inam kimi oxucunun qəlbinə düşür. Onun şeirlərində həm vətən sevgisi, həm insana məhəbbət, həm də həyata bağlılıq xüsusi bir səmimiyyətlə səslənir. Hər misrasında yaşanmışlıq, hər bəndində səmimi bir ürək döyüntüsü duyulur.

62 yaş – müdrikliyin, təcrübənin və dərin düşüncənin yaşıdır. Lakin Faiq Balabəylinin yaradıcılığında bu yaş yorğunluq deyil, əksinə yeni bir baharın nəfəsidir. O, illərin süzgəcindən keçmiş düşüncələrini poeziyanın zərif dili ilə ifadə edir. Onun sözləri oxucunu düşündürür, ruhlandırır və həyata daha nikbin baxmağa çağırır.

Şair-dənizçinin ömrü sanki iki üfüq arasında uzanan bir yol kimidir – biri arxada qalan xatirələr, digəri isə hələ yazılacaq misralardır. Bu gün 62 yaşını qarşılayan Faiq Balabəyliyə ən böyük arzu odur ki, onun qəlbindəki o coşqun dəniz heç vaxt səngiməsin, misraları daim sevgi və həyat eşqi ilə çağlasın.

Damət Salmanoğlu, yazıçı

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay